Dünya

Avrozonada tikinti sektoru geriləyib


Avrozonada inşaat sektorunda geriləmə müşahidə olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, iyunda Avrozonada tikinti istehsalı əvvəlki ayla müqayisədə 0,8 faiz azalıb, ötən ilin eyni dövrünə nisbətdə 1,7 faiz artıb.

Avropa İttifaqında isə iyunda inşaat sektoru əvvəlki aya görə 0,5 faiz geriləyib, keçən ilin eyni dövrün ilə müqayisədə 1,9 faiz artıb.