Dünya

Almaniyada avtomobil bir qrup insanı vurub, iki nəfər həlak olub


Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində avtomobil bir qrup insanı vurub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 77 yaşlı şəxsin idarəetməni itirərək avtomobili qəbiristanlığın dayanacağında bir qrup insanın üzərinə sürməsi nəticəsində iki nəfər – 72 yaşlı əkiz bacı-qardaş həlak olub. Onların avtomobilin altında qaldıqları bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.