Almaniyada nazir analıq məzuniyyətinə gedir
Almaniyanın tikinti naziri Verena Huberz ölkədə indiyədək yalnız iki dəfə baş verən analıq məzuniyyətinə getdiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bild” xəbər verir.
Huberz 2025-ci ilin dekabrında analıq məzuniyyətinə gedəcəyini və mart ayında qayıdacağını açıqlayıb.
…Analıq məzuniyyətim zamanı fasilə verəcəyəm. Yoldaşım valideyn məzuniyyətinə çıxacaq, – nazir Bild-ə verdiyi açıqlamasında əlavə edib.
Huberzin məzuniyyəti zamanı Tikinti Nazirliyinə üç dövlət katibi rəhbərlik edəcək, onlar həmçinin departamenti parlamentdə və hökumətin iclaslarında təmsil etmək səlahiyyətinə malik olacaqlar.
Nazir əlavə edib ki, analıq məzuniyyətindən qayıtdıqdan sonra övladının tərbiyəsini işlə birləşdirməyi və digər qadınlara nümunə olmağı planlaşdırır.
Verena Huberzdən əvvəl Almaniyada yalnız iki analıq məzuniyyəti var idi.
2011-ci ildə Kristina Şröder vəzifədə olarkən uşaq dünyaya gətirən ilk nazir oldu. İki il sonra o, ailəsinə daha çox diqqət ayırmaq üçün siyasəti tərk etdi.
2016-cı ildə isə Meklenburq-Ön Pommern əyalətinin ailə məsələləri üzrə naziri Manuela Şveziq analıq məzuniyyətinə çıxıb.
Üç aydan sonra o, işə qayıtdı.
Əli Babayev