Avtobus kanala aşdı
ABŞ-nin Nyu-York ştatında tur avtobusu aşıb. SİA CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var. Belə ki, turistlər Niaqara şəlaləsini ziyarət etdikdən sonra Nyu-Yorka qayıdırdılar. İçərisində 50 sərnişin olan avtobus magistral yolda yüksək sürətlə hərəkət edərkən sürücü naməlum səbəbdən idarəetməni itirib və avtobus sürüşərək kanala aşıb. Ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.