Dünya

Baş nazir Ukraynanın təhlükəsizliyinin əsas təminatının adını çəkib…





Siyasətçi açıqlama verib…



Ukrayna üçün təhlükəsizliyin ən yaxşı təminatı güclü Ukrayna ordusudur, ona dəstək verilməlidir.

SİA-nın məlumatına görə, Ukrinform xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni deyib.

…İstənilən təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusundan başlamalıdır. Söhbət silahlardan, təlimlərdən, dözümlülükdən gedir.

Bunu kanadalı baş nazir qeyd edib.

Eyni zamanda o, hesab edir ki, Ukraynanın təhlükəsizliyi hərtərəfli olmalıdır – quruda, dənizdə, havada.

…İstəklilər Koalisiyasının üzvləri bütün bu elementləri dəstəkləmək imkanı əldə edəcəklər. Kanadanın bu böyük qrup daxilində hansı rol oynayacağını görəcəyik.

Bunu da Karni bildirib.

Əli Babayev