Dünya

Çin Rusiya sərhədində yeni liman tikəcək…


…Çinin şimal-şərqindəki Suifenhe sərhəd şəhərində Çin-Rusiya beynəlxalq yük logistika limanı tikiləcək.

SİA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Sinxua agentliyi məlumat yayıb.

Layihənin sahəsi 23 min kvadratmetrdən çox, ümumi büdcəsi isə 120 milyon yuan (təxminən 17 milyon ABŞ dolları) təşkil edəcək.

Kompleksə malların nümayişi, saxlanması və paylanması üzrə yüksək səviyyəli beynəlxalq mərkəz, müasir ofis binaları, eləcə də yüksək səviyyəli tematik otellər daxil olacaq.

Təşəbbüsün əsas məqsədi Xeulntszyan əyaləti ilə Şimal-Şərqi Asiya regionları arasında xarici əlaqələri və ticarəti gücləndirmək və e-ticarət şirkətlərinin inkişafına dəstək verməkdir.

…Daha əvvəl bildirilib ki, 2025-ci ilin yeddi ayının yekunlarına əsasən, Rusiya dəniz limanlarının yük dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq 498,8 milyon ton təşkil edib.

Əli Babayev