Dünya

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi istefa verib


…Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin açıqlamasında bildirilir. Oxanaşvili qeyd edib ki, bu qərarı hakim komanda ilə məsləhətləşmələr əsasında verib.

O, 2016-cı ildə “Gürcü arzusu” partiyasının komandasına qoşulduğunu xatırladıb. Oxanaşvili səkkiz il parlament həyatında iştirak edib, sonra isə ədliyyə naziri olub. …Gürcüstanın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri kimi fəaliyyətimi davam etdirəcəyəm, – o bildirib.

May ayında Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri, ölkənin baş nazirinin müavini Vaxtanq Qomelaurinin istefaya getdiyi məlum olub.

Məmur bu addımı atmağın onun üçün asan olmadığını etiraf edib. Qomelauri vəzifəsini tərk etdikdən sonra ailəsinə daha çox vaxt ayırmağı planlaşdırırdı.

Əli Babayev