Jurnalist Karaulovun xaricdən necə maliyyə aldığı məlum olub…
…Rusiya Ədliyyə Nazirliyi jurnalist Andrey Karaulovun (Rusiya Federasiyasında xarici agent kimi tanınan) həyat yoldaşının bank hesabı vasitəsilə xaricdən maliyyə vəsaiti aldığını müəyyən edib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məhkəmə materiallarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, xarici mənbələrdən jurnalistin həyat yoldaşı Varvara Proşutinskayanın şəxsi hesabına 2022 və 2023-cü illərdə pul köçürülüb.
O, vergi müfəttişliyinin məlumatlarında göstərildiyi kimi pulu ərinə köçürüb.
30 iyun 2023-cü ildə Rusiya Ədliyyə Nazirliyi Karaulovu xarici agentlərin reyestrinə əlavə edib.
İdarənin məlumatına görə, jurnalist xarici mənbədən dəstək alıb və Rusiya hakimiyyətinin qərarları ilə bağlı yalan məlumat yaymaqla məşğul olub.
Jurnalistin vəkilləri onun xarici agentlərin reyestrinə daxil edilməsinə etiraz etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Həmin ilin avqustunda Karaulov “Xarici Agent Avk” məhdud məsuliyyətli cəmiyyətini qeydiyyatdan keçirdi.
Lakin 2024-cü il aprelin 12-də bu təşkilat Rusiya Federasiyası ərazisində də xarici agent kimi tanınıb.
Jurnalist hazırda xaricdə yaşayır. O, beynəlxalq axtarışdadır.
Əli Babayev