Dünya

“Putin Zelenski ilə görüşməkdən qorxur…”





Finlandiya prezidenti bəyanatla çıxış edib…



…Vladimir Putin “böyük güc” imicini itirmək qorxusu ilə Ukrayna prezidenti Vladimir Zelenski ilə şəxsi görüşdən yayınır.

SİA-nın məlumatına görə, tvpworld.com xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb “Ykkösaam” qəzetinə müsahibəsində bildirib.

Stubb belə görüşü çətin adlandırıb, çünki Kreml Ukraynaya qarşı müharibədə hədəflərini dəyişməyib. Onun sözlərinə görə, Putinin siyasəti “böyük dövlət” statusunu möhkəmləndirməyə, Qərbin birliyini parçalamağa və Ukraynanın öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdırmağa yönəlib.

…O, Zelenski ilə görüşəcəyi təqdirdə Rusiyanın böyük güc kimi qəbul olunmayacağından qorxur. O, Avropa və ABŞ-ın Zelenskini dəstəkləməkdə birləşdiyindən və Ukraynanın öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdıra bilməyəcəyindən qorxur, – Stubb vurğulayıb.

Finlandiya prezidenti vurğulayıb ki, Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü, güclü silahlı qüvvələrini, NATO və Aİ-yə üzv olmaq hüququnu qoruyub saxlamaq vacibdir.

Əli Babayev