General ABŞ briqadasının Ukraynaya gətirilməsinə çağırıb…
ABŞ ordusunun istefada olan generalı və Müharibənin Tədqiqi İnstitutunun Direktorlar Şurasının sədri Cek Kin Ukraynada Amerika briqadasının xüsusi təyinatlı qrupunun yerləşdirilməsi imkanının nəzərdən keçirilməsini təklif edib. SİA-nın məlumatına görə, o, bunu Fox News-da edib.
Generalın bəyanatı Rusiyanın Ukraynanın Mukaçevo şəhərindəki American Flex zavoduna zərbə endirməsi ilə bağlı xəbərlər fonunda verilib.
Kinin sözlərinə görə, milli təhlükəsizlik üzrə müşavirlər hazırda prosesdə iştirak edən bütün ölkələrlə qarşılıqlı əlaqədədirlər və bundan sonrakı qərarlar prezident tərəfindən veriləcək.
…Biz Ukraynaya yardım göstərmək üçün artıq Avropada olan qoşunları yerləşdirə bilərik. ABŞ generalı vurğulayıb ki, qurudakı qüvvələrin əsas hissəsi Avropa ordularından ibarət olmalıdır, lakin kəşfiyyat və logistika funksiyalarını məhz ABŞ öz üzərinə götürməlidir. Biz logistikanı təmin etməliyik, Avropanın bunu etmək miqyası yoxdur.
Bunu amerikalı hərbçi deyib.
O, dəqiqləşdirib ki, ABŞ qoşunların idarə olunmasını da öz üzərinə götürməlidir.
Əli Babayev