Lukaşenko ukraynaya “aydın səma” arzulayıb…
…Və bu arada Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə kinli təbrik edib.
SİA-nın məlumatına görə, Belarus rəhbərinin mətbuat xidməti tərəfindən dərc olunan təbrikdə o, belarus və ukrayna xalqlarının məqsədinin “yan-yana sülh və harmoniya şəraitində yaşamaq” olduğunu bildirib.
O, israr edir ki, Belarus “ukraynalılar üçün açıq qalmaqda davam edəcək”.
…Sıx birgəyaşayış xalqımız arasında ortaq tarixi tale, ortaq xristian dəyərləri və səmimi dostluqla təmin edilmiş qırılmaz qan bağları yaradıb. Xarici qüvvələr bizi nə qədər müxtəlif istiqamətlərə çəksələr də, Belarus ukraynalılara açıq qalacaq. Biz cənub qonşularımızla qarşılıqlı faydalı əməkdaşlığa və konstruktiv dialoqa sadiqik.
Bunu Lukaşenko bildirib.
Bundan əlavə, o, Ukraynaya “aydın səma” arzulayıb.
…Maraqlıdır ki, təbrikində o, Rusiyanın Ukraynaya qarşı, o cümlədən Belarusun dəstəyi ilə açdığı müharibəni qeyd etməyib.
Bunu artıq mən demirəm…
Əli Babayev