Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
SIA xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirən V.Zelenski vurğulayıb: “Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”.