Belarusda növbəti hərbi təlim başlayıb
Avqustun 25-də Belarusda silahlı qüvvələrin rabitə qoşunlarının əməliyyat-xüsusi təlimi başlayıb.
Təlim “Belarusun sənaye və nəqliyyat müəssisələrinin cəlb edilməsi” ilə xarakterizə olunur.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Belarus Müdafiə Nazirliyi bildirir.
Rabitə qoşunlarının əməliyyat-xüsusi təlimi plana uyğun olaraq avqustun 25-dən 29-dək keçirilir.
…Təlim Belarusun sənaye və nəqliyyat müəssisələrinin cəlb edilməsi, aviasiya vasitələri və PUA-ların cəlb edilməsi ilə rabitə qüvvələri və vasitələrindən istifadənin yeni forma və üsullarının hazırlanması ilə xarakterizə olunur.
Bunu Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlik müəssisələrdən və nəqliyyatdan konkret olaraq necə istifadə ediləcəyini açıqlamayıb.
Əli Babayev