Siyasət

İlham Əliyev Donald Trampın hədiyyəsinə görə ona təşəkkür edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın hədiyyəsi ilə əlaqədar sosial media hesablarında paylaşım edib.

SİA AZƏRTAC-a istinadən paylaşımı təqdim edir: “Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm.

Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm. Donald J. Trump