“Putin vaxtını çəkə biləcəyini düşünürsə, yanılır…”
Almaniyanın xarici işlər naziri İoqann Vadeful Rusiya diktatoru Putini Ukrayna prezidenti Vladimir Zelenski ilə tez ikitərəfli danışıqlara çağırıb və mümkün sanksiyalar barədə xəbərdarlıq edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tagesschau xəbər verir.
…Prezident Putin vaxtını çəkə biləcəyini düşünürsə, yanılır, – Vadeful bunu xorvatiyalı həmkarı Gordan Qrlic Radman ilə Zaqrebdə görüşdə deyib.
Nazirin sözlərinə görə, Rusiyaya təzyiqlər davam etdirilməlidir.
Avropa İttifaqı artıq beynəlxalq təzyiqləri artırmaq üçün Kremlə qarşı 19-cu sanksiyalar paketini hazırlayır.
Əli Babayev