Dünya

Rusiya Gürcüstandan kartof idxalını dayandırıb


Rusiya 9 ay davam edən fasiləsiz idxaldan sonra, iyul ayından etibarən Gürcüstandan kartof alışını dayandırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya ötən ilin oktyabrından etibarən Gürcüstandan müntəzəm şəkildə kartof idxal edib. İdxal həcmi bu ilin aprel ayında pik nöqtəyə çatsa da, sonrakı aylarda tədricən azalmağa başlayıb. İyul ayında isə Gürcüstanın müvafiq qurumu Rusiyaya kartof ixracına dair heç bir məlumat təqdim etməyib.

Mütəxəssislərin fikrincə, bu dəyişiklik Rusiyada cari ildə ötən illə müqayisədə daha yaxşı kartof məhsulu gözləntiləri ilə bağlı ola bilər. Bildirilir ki, 2025-ci ilin müvafiq dövründə Rusiyada kartof yığımının həcmi ötən illə müqayisədə 36 faiz artaraq 240 min tona çatıb.