Vyetnamda evakuasiya başlayır…
Vyetnamda yaxınlaşan “Kajiki” tayfunu ilə əlaqədar təxliyə işləri aparılır.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “VietnamNews” portalı məlumat yayıb.
Hesabatda deyilir ki, “Kajiki” qasırğasının təsirindən əvvəl Vyetnamın mərkəzi hissəsindəki ərazilərdən on minlərlə insan təxliyə edilib.
“Kajiki” tropik qasırğası Tonkin körfəzində altı metrlik dalğalara səbəb olub.
Portalın məlumatına görə, Ha Tinh əyalətində 14 mindən çox sakin, Thanh Hoa əyalətində isə 1800 ailə təxliyə edilib. Hər iki əyalətdə ünsürlərin ən ağır nəticələrinin gözlənilən ərazilərinin boşaldılması davam edir.
Əli Babayev