Dünya

“Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik”


Ukraynadakı münaqişənin xərcləri tamamilə NATO müttəfiqlərinin üzərinə düşüb.

SİA-nın məlumatına görə, bu sözləri kabinet iclasında ABŞ Prezidenti Donald Tramp deyib. Dövlət başçısı bildirib ki, ABŞ yalnız silah tədarükü ilə məşğuldur.

“Biz artıq Ukraynanın maliyyələşdirilməsində deyil, münaqişənin, ölümlərin dayandırılmasında iştirak edirik. NATO münaqişəni maliyyələşdirir”,- deyə Tramp əlavə edib. Onun sözlərinə görə, ABŞ müttəfiqlərinə milyardlarla dollara hərbi texnika, o cümlədən “Patriot” sistemləri satır. Müdafiə sənayesi müəssisələri isə istehsal həcmini iki və üçqat artırır.