Dünya

Rusiyanın özəl aerokosmik holdinqi SR Space müflis elan edilib…




Özəl kosmik şirkət SR vergi orqanları tərəfindən dayandırıldı…



…Rusiyanın özəl aerokosmik holdinqi SR Space (JSC SR Space) məhkəmə sənədlərinə əsasən müflis elan edilib.

SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, bu il Federal Vergi Xidməti şirkətin dörd bankdakı hesablarını bloklayıb və iyulun əvvəlində şirkətin müflis elan edilməsi üçün ərizə verib.

…SR Space 2020-ci ildə sahibkar Oleq Mansurov tərəfindən təsis edilib. Startap yüngül və ultrayüngül daşıyıcı aparatların hazırlanması, peyk bürclərinin yaradılması və proqram təminatı ilə məşğul olub.

Şirkət 10 faiz səhm üçün 1,5 milyard rubl cəlb etməyə çalışdı. 2024-cü ildə gəlirlərinin 20 faiz – 53,8 milyon rubl artmasına baxmayaraq, SR Space 154 milyon rubl xalis zərər qeyd etdi. Mansurov borcun bağlanacağına və layihənin fəaliyyətini davam etdirəcəyinə inandırıb.

SR Space-in iflası Rusiyada özəl kosmik şirkətlər arasında dördüncü yüksək profilli çöküşdür.

İlk presedent Dauria Aerospace idi.

Şirkət kiçik peyklər hazırlayıb və Roskosmos ilə 600 milyon rubldan artıq müqavilələr imzalayıb, lakin 2018-ci ildə dövlət korporasiyası tədarüklərin dayandırılması səbəbindən məhkəməyə müraciət edib.

Dauria öhdəliklərini yerinə yetirə bilmədi və 2020-ci ildə iflas elan etdi.

2014-cü ildə Pavel Puşkin tərəfindən əsası qoyulan “KosmoKurs” layihəsi növbəti dəfə bağlandı. Şirkət suborbital turizmi inkişaf etdirməyi planlaşdırırdı, lakin 2021-ci ilin aprelində fəaliyyətini dayandırdı.

Puşkinin sözlərinə görə, “inzibati və hüquqi risklər həddən artıq böyük idi” və bu, investisiyaların cəlb edilməsini qeyri-mümkün edirdi.

Digər uğursuz layihə S7 Space idi. Bu, 1990-cı illərdən bəri Sakit Okeanda üzən kosmodromdan istifadə edən Sea Launch təşəbbüsünü canlandırmaq cəhdi kimi başladı.

2016-cı ildə S7 Group RSC Energia-dan 150 milyon dollara üzən kosmodrom aldı, kommersiya buraxılışlarını bərpa etməyi planlaşdırdı, lakin planlar dayandı.

Kompleksin modernləşdirilməsi üçün 84 milyard rubla qədər vəsait tələb olundu və 2022-ci ilə qədər layihə donduruldu. Şirkət ictimaiyyətə etiraf etdi ki, layihə yaxın gələcəkdə həyata keçirilə bilməz. İndi onun komandasının bir hissəsi Birləşmiş Ərəb Əmirlikləri üçün kosmik layihələr qurur.

Əli Babayev