Vaşinqton səfəri Azərbaycanın yüksələn uğurunun və artan nüfuzunun nəticəsidir
Vaşinqton səfəri Azərbaycanın yüksələn uğurunun və artan nüfuzunun nəticəsidir. SİA xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Prezidentin Vaşinqton səfəri Azərbaycanın etibarlı strateji tərəfdaş statusunun dünya miqyasında qəbul olunduğunu sübut edir:
“Azərbaycan və Ermənistan arasında birgə bəyənnamənin imzalanması ölkəmizin tarixinə yazılmış hadisədir. Bu sənəd Prezident İlham Əliyevin starateji düşnmə və uzaqgörən siyasətinin nəticəsidir.
Regionda kommunikasiyaların açılması ilə bağlı razılaşmalar böyük əhəmiyyət kəsb edir. İmzalanmış sənədə əsasən, tərəflər Azərbaycan və Ermənistan arasında bölgədaxili və beynəlxalq kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiqləyiblər”.