Siyasət

“yaşıl” mədəniyyət, ictimai diplomatiya və Liderlik


Dünyanın dəyişən yeni düzəni suveren Azərbaycanın da bu dövrə uyğun modern inkişafının əsasını Prezident İlham Əliyev strateji kursu ilə ölkənin maraq və mənafe paralelliyində imkan və potensialının qarşıya çıxan hədəf prioritetləri şərtləndirir. XXI əsrin üçüncü onilliyində müstəqil respublikanın inkişaf Yolu Prezident İlham Əliyev siyasi diplomatik praqmatizmindən irəli gələn “Güclü Azərbaycan” modeli paradiqması zəminində yeni innovativ tərəqqini gerçəkləşdirən islahatlarla səciyyələnən reallıqlardır. 2025-ci il suverenAzərbaycan Respublikasının ilk milli Konstitusiyasının 30 illiyi və 2020-ci il Vətən müharibəsinin Zəfərlə bitməsinin 5 illik yubileyidir.

Suveren Azərbaycanda postmüharibə dövrü yeni reallıqların meydana çıxması ilə ölkədə maraq və tələblər də dəyişir, yenilənir. İnstitusional islahatlar ölkədə milli dövlət idarəetmə sisteminin zamanın dəyişən hədəf və tələblərinə adaptik qurulmasını şərtləndirir. İslahatlar institusional qurumların, dövlət və hakimiyyət sisteminin dəyişən tələb və hədəflərinə uyğun mexanizmlərinin meydana çıxmasını zəruri edir.

Bu mətndən Azərbaycanda dövlət siyasi idarəetmə formasına nəzər yetirək.

– Müstəqil Azərbaycanda Prezidentlik institutu dövlət hakimiyyəti sistemində əsas idarəetmə formasıdır. Zamanın tələblərinə uyğun Prezidentlik institutu da özünün təşəkkülü və inkişafında yeniləşərək, Konstitusiyaya dəyişikliklər və əlavələr nəticəsində daha da təkmil metoda keçibdir.

Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin 3-cü müddəasında “dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir” əks edilmişdir (1;5).

2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən Referendumda dövlət siyasi-ictimai idarəçiliyində ilk və yeni institut – Birinci vitse-prezidentlik yaradıldı. Müstəqil Azərbaycanda Birinci vitse-prezidentlik təsisatının formalaşdırılması dövlət idarəçiliyində funksional vahid olaraq ölkənin də idarəetmə sistemində yeni və aktuallıq kəsb edən İnstitutdur.

2016-cı il 26 sentyabr Referendumunda Konstitusiya dəyişiklikləri – Birinci vitse-prezidentlik təsisatının yaradılması Prezident İlham Əliyev siyasi qətiyyətinin, yenilənmənin, islahatın, ölkə ictimaiyyətinin dəstəyi ilə həyata keçirilən mövqedir.

Müasir Azərbaycanda Prezidentlik institutuna aid islahatlardan ən əsası Azərbaycanda ilk dəfə Vitse-prezidentlik institutunun yaradılmasıdır. Vitse-prezidentlik institutunun formalaşması dövlət idarəetməsində yeni və mühüm prosesdir. Bu institut yeni islahatların getdiyi müasir dövrdə dövlətçilik sistemində, siyasi-hüquqi idarəetmədə effektivliyin artırılması, ictimai-humanitar-mədəni proseslərin reallaşdırılmasında səmərəli inkişaf yoludur. Vitse-prezidentlik institutunun konstitusion əsaslarla təsis olunması Respublikada siyasi dövlət idarəetməsinin təkmilləşdirilməsi paradiqmasıdır.

2016-cı ildə Konstitusiyaya əlavə edilmiş 103-1-ci maddə “Azərbaycan Respublikasının vitse-prezidentləri” adlanır və onun 1-ci bəndində yazılır ki: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər” (1; 36). Konstitusiyanın 103-1-ci maddəsinin 2-ci bəndində də yazılıb: “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” (1;36).

Birinci vitse-prezidentlik institutu ölkədə funksional dövlət idarəçiliyində çeviklik və effektliyin artırılmasında, Prezidentlik institutunun tərkib hissəsi kimi aktuallığı ilə mühüm təsisatdır.

Azərbaycan Respublikası Konstitusiyası 105-ci maddəsinin I, II, III bəndləri (1;37), 106-1 maddəsi (1;32), 108-1 maddəsi (1;39) və 110-1 (1;42) maddəsi vitse-prezidentlik institutunun səlahiyyət və fəaliyyətlərini qanunla təsbit edir.

Dövlət siyasi idarəetməsində Birinci vitse-prezidentlik institutu da məhz “Güclü Azərbaycanın” inkişafı effektivliyi yolunu əks etdirir.

Konstitusion Azərbaycanda vitse-prezidentlik təsisatı dövlətçilik sahəsində siyasi-ictimai-mədəni idarəetmədə daha çevik və effektliliyin formalaşması, hüquqi dövlət zəminində demokratik dəyişimlərin qanuni əsaslarında yenilənmə islahatları mexanizminin aparılma ehtivasıdır.​

Birinci vitse-prezidentlik institutu:

-XXI əsr müstəqil Azərbaycanda 2016-cı il Referendumunda ilə təsbit olunan, ilk dəfə təsis edilən, Konstitusiya ilə tənzimlənən İnstitutdur.

– İlk növbədə humanizm məramlı mədəni milli təhlükəsizlik komponentidir.

-Dövlət idarəetməsində səlahiyyətlilik statuslarının şaxələnmə prosesidir.

-İcraedən ilə idarəetmənin vəhdətində siyasi-fəlsəfi xəttdir.

-Türk-Şərq-İslam aləmində də optimal idarəçilik modelidir.

-Çevik, operativ qərarların daha da məsuliyyətliliyinin formalaşdırılmasıdır.

-Ölkədə hakimiyyət və idarəetmədə yeni layihə və islahatlara dəstəkdir.

– Beynəlxalq, qlobal, lokal, yerli səviyyədə humanitar, milli-mədəni prosesləri əks etdirir.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə ölkədə ilk dəfə Birinci vitse-prezident vəzifəsinə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Arif qızı Əliyeva təyin edilibdir (2).

Öncüllük, birincilik Tanrı yazısı, İlahi qismətin seçilmişlərindən biri olma şansıdır. Və hər bir şəxsin gələcək həyat Yolunda daxili keyfiyyətlərindən qaynaqlanan Yaşam fəlsəfəsidir. Mədəni-diplomatik “güc” fəlsəfəsi də təşkilatçılıqda enerjilik, çeviklik, iş fəaliyyətində innovativlik, ünsiyyətçillik, nüfuz, ədalətlilik, bacarıq, kreativlik, insanlara qayğı, diqqət, cəmiyyətdə idarəçiliyi əks etdirən Liderlik keyfiyyətidir.

21 fevral 2017-ci il Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev Xanım Mehriban Əliyevanın müasir Azərbaycanın ictimai-mədəni,siyasi həyatında vacib və aktiv rol apardığını, Yeni Azərbaycan Partiyasında sədrin müavini, Milli Məclisin deputatı olaraq səmərəli və əhəmiyyətli işlər aparmasını, çoxistiqamətli beynəlxalq fəaliyyətini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həm Azərbaycan, həm də bölgənin ən böyük ictimai təşkilatı olmasını, ölkədəki bir çox qlobal tədbirlərin təşkilində aparıcı rol oynadığını, Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunmasını, bu çoxşaxəli fəaliyyəti Xanım Mehriban Əliyevanın Ali statuslu təyinatında mühüm rol daşımasını qeyd etmişdir. Bu kontekstdə Birinci vitse-prezidentin söylədiyi kimi: “Biz bu gün bərabər hüquqlardan bərabər imkanlar siyasətini gerçəkləşdiririk”(4).

​Diqqətə yetirək ki, bu illər ərzində ölkədə Birinci vitse-prezidentlik təsisatı çevik, formalaşmış funksional yeni bir təsisat olaraq çoxistiqamətli fəaliyyət aparır.

İlk Birinci vitse-prezident Xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, bacarığı, Ulu öndər Heydər Əliyev məktəbindən mənimsədiyi çoxillik idarəçilik təcrübəsi bu təsisatın formalaşmasında vacib rol daşıyır. Prezident İlham Əliyev bu keyfiyyətlərə nəzər yetirərək vurğulayıb: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”(2). ​

Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılıq təcrübəsi, xarizmatik xüsusiyyətləri, milliliyi modernliklə vəhdətdə ehtiva etməsi XXI əsr Azərbaycan qadınının ictimai-siyasi-mədəni LİDERlik obrazıdır.

Xanım Mehriban Əliyeva vurğulayır ki, “Bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünki siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi”(4).

Birinci vitse-prezident Xanım Mehriban Əliyeva Liderliyinin fəaliyyət yolu, məqsəd və məramı, həyata keçirdiyi tədbir və təşəbbüslər, gerçəkləşdirdiyi həm ölkədaxili sosio-mədəni layihələr, həm də beynəlxalq mədəni-diplomatik “güc” missiyasıdır.

Xanım Mehriban Əliyeva vurğulayır ki: “İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir” (5).

​Xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin məğzində xalqa, Vətənə xidmət məramı dayanır. Bu nəzərdən bu:

– Dövlət Xadimi Qadın Liderin dövlətin ölkənin dayanıqlı inkişaf xəttində istirakı gender siyasəti göstəricisidir.

– Heydər Əliyev Fondunun prezidenti olaraq gerçəkləşdirilən layihələrdə Ulu öndər Heydər Əliyev məktəbinin mənimsəmə və həyata tətbiqində nümunəvi siyasi-fəlsəfi dərslərdir.

– Milli dəyərlərin geniş miqyaslı təbliğində milli adət-ənənələrin qorunması, dünyaya tanıdılması yeni məzmunda bu irsi institutlaşdırma ilə maarifçilik hərəkatı dirçəldilir. Ulu öndər Heydər Əliyevin siyasi-mədəni “güc” Yolu məktəbləşdirilir.

– Xanım Mehriban Əliyeva Prezident İlham Əliyevin müasir Azərbaycanın dayanıqlı və modern inkişaf strategiyasının mədəni-mənəvi, ictimai-diplomatik “güc” siyasətinin həyata keçməsində önəmli rol aparır.

– Birinci vitse-prezidentin mədəniyyətindən irəli gələn vətənkeşlik, torpağa, el-obaya bağlılıq keyfiyyətləri rasional təfəkkürün, ağıllı zəkanın təzahürünün dövlətin ictimai-mədəni idarəetmə sahəsində humanitar “güc” dəstəyidir.

-Ölkənin Birinci Xanımının mənən zənginliyi və geniş dünyagörüşü, zəkasının kreativ məcmusu, universal intellekti, kübarlıq xüsusiyyəti Liderlik komponentidir.

Modern Qadın Lider obrazı Birinci vitse-prezidentin Azərbaycan milli irsinin təbliğindəki yorulmaz əməyi də Xalq+Dövlət Birliyindən qaynaq alan mədəni-diplomatik “güc” amilidir.

Nəzərə yetirək ki, Azərbaycan xalqı Xanım Mehriban Əliyevanı bir güvənc, bir ümid, bir etimad göstərdikləri Qadın Lider Rəhbər kimi qəbul edirlər.

​Bir önəmli məsələyə də nəzər yetirək. Belə ki, müstəqil Azərbaycanda Birinci Xanım statusu Xanım Mehriban Əliyevanın ictimai-mədəni-diplomatik yumşaq “güc” fəaliyyəti şəxsində formalaşmışdır. Ölkə Prezidentinin sədaqətli həyat yoldaşı Birinci Xanımın respublikanın humanitar, ictimai-siyasi həyatında, eləcə də beynəlxalq müstəvidə tanınmasında rolu təkzib olunmaz mədəni-diplomatik fəaliyyəti çoxspektrlidir. Bu kontekstdən Azərbaycan xalqı Birinci Xanımı bütün hadisə və proseslərin mərkəzində, öz diqqəti, öz münasibəti, öz vətənsevər humanizmi ilə ölkə vətəndaşlarına olan sayğı və qayğısında görür, həyatlarında hiss edirlər.

Xanım Mehriban Əliyeva Liderliyində əsrlərdən gələn Azərbaycan milli irsini, mədəniyyətini beynəlxalq aləmdə tanıtdırması dövlətçilikdə mədəni-diplomatik “güc” siyasi-fəlsəfəsidir.

Vətən müharibəsində Xalq bütün dəstəyi ilə “İrəli Baş Komandan” amallı Milli Orduya dəstək məsləyində və Prezident İlham Əliyev hərbi-siyasi-diplomatik-informasion savaş meydanında idisə, Birinci vitse-prezident də vətəndaşlara, şəhid ailələrinə, qazilərə diqqət və qayğı cəbhəsinə dəstək olurdu. Vətən müharibəsində məhz Xalqın, Milli Ordunun, Dövlətin bu vəhdətdən irəli gələn Birliyi həm döyüş meydanında, həm də mədəni-diplomatik “güc” savaşında da Zəfər qazanırdı.

Birinci vitse-prezidentin “diplomatik-mədəni güc” sahəsində fəaliyyət məkanı genişdir. Bu: ictimai diplomatiya, yeni xeyriyyəçilik modeli, milli musiqi, muğam, sazın dirçəlməsi, milli mətbəx və xalçaçılığın dünyada tanıdılması, ölkənin şəhər və rayonlarının, Qarabağın işğaldan azad olan ərazilərinin bərpa – quruculuq işlərində ənənəviliklə modernliyin vəhdətini yaradılmasında iştirak və s. proseslərdir. Bu mənada idmanın təbliği, Azərbaycanda idman hərəkatının dünyaya tanıdılması da mədəni-diplomatik “güc”dür. Bütün bu vəhdətdə təşəbbüskarlıq və təşkilatçılıq Prezident İlham Əliyev siyasətinin modern inkişaf xəttinin siyasi-fəlsəfi istiqamətidir. Bakıda Birinci Avropa Oyunları, eləcə də İslam Oyunlarında Təşkilat Komitəsinin sədri Xanım Mehriban Əliyeva idman yarışlarını “mədəni güc“ amili kimi beynəlxalq “Azərbaycan İdman Günü” Bayramına döndərdi. “Azərbaycan İdman Günü” Bayramında qədim idman oyunları tariximizin müasir baxımdan milli çalarlı xüsusiyyətləri əks olunurdu.

Birinci vitse-prezidentin işğaldan azad edilən torpaqların, Qarabağın yenidən bərpasında fəaliyyətinin əsasında Xalqa xidmət siyasi fəlsəfəsinin təməli, məhz sevdiyi xalqının gələcəyi dayanır.

​Birinci vitse-prezident həm Vətən müharibəsindən öncə, həm post-müharibə dövründə dünyada Xalqının sülhməramlı elçisi olaraq sabitlik, mədəniyyətlər və dinlərarası dialoq müstəvisində, dinc, yanaşı yaşamaq, təhlükəsiz, müharibəsiz həyat, beynəlxalq ictimaiyyətə “Sülh, Həmrəylik, Bərabərlik” ideyaları ilə səslənən Azərbaycanın Qadın Rəhbər Lideridir.

Birinci vitse-prezidentin diplomatik-mədəni “güc” siyasi-ictimai fəlsəfəsinin məğzinə Xanım Mehriban Əliyevanın öz məntiqi ilə nəzər yetirək: “Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm”. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərinin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır. İstər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lqazımdır” (6).

Qadın Lider obrazı, ictimaiyyətçi, xeyriyyəçi olmaq Xanım Mehriban Əliyevanın yumşaq diplomatik-mədəni “güc” siyasi-fəlsəfi xəttidir.

Birinci vitse-prezidentin ölkə sərhədlərindən də uzaqlarda təhsil, sağlamlıq, təbii fəlakətlər zamanı yardım və xeyriyyəçilik missiyası, həm Qərb, həm də Şərq məkanı ölkələrini əhatə edir, təşəbbüs və rəhbərliyi ilə gerçəkləşdirilən humanitar-mədəni aksiyalar məhz bu qəbildən olan fəalliyyət yolunun Mədəni “güc” siyasi fəlsəfəsidir.

Azərbaycanın Birinci vitse-prezidenti ölkədə, Türk, İslam, Qərb dünyasında geniş fəaliyyət dairəsi, mənəvi dəyərlərə hörmət, mədəni irsi yaşatmaq diqqəti ilə, intellektli, kübar davranışlı modern və sivil dünyagörüşlü Qadın – Rəhbər, siyasi-ictimai, idarəedici funksiyası ilə beynəlxalq ictimaiyyət tərəfindən də Qadın Lider olaraq səciyyələndirilir.

Xanım Mehriban Əliyevanın istər sabiq Milli Məclisin deputatı, istər YAP sədrinin Birinci müavinədək siyasi Yolu Birinci vitse-prezidentlik təsisatında fəaliyyəti Rəhbər Lider idarəçiliyidir. Xanım Mehriban Əliyevanın ictimai-mədəni yanaşmasında əsas qayə insana qayğı, diqqətli münasibətdir. Xanım Mehriban Əliyeva vurğulayır: “Mənim məqsədim ondan ibarətdir ki, belə deyək, hətta tənqidə ən çox meyil edən təbəqələrin də müəyyən müddətdən sonra tənqid üçün az əsası olsun”(6). Bu keyfiyyətlər ictimai xadim – alim – Qadın Rəhbər Liderlik siyasi-fəlsəfi “güc” xəttidir.

Azərbaycan xalqı Birinci vitse-prezidentin çoxistiqamətli fəaliyyətini dəstəkləyərək, güvənc və inam yeri sanır, məhəbbətlə etimad bəsləyir, ölkə üçün ictimai-humanitar-mədəni fəaliyyətini təqdir edərək, müxtəlif problemlərinin həllində ona müraciət edirlər. Birinci vitse-prezident xalqın müxtəlif qruplarının məsələlərinin həllinə, valideyn qayğısından məhrum olan uşaqlara, xüsusi diqqət göstərməyə, çoxəsrlik mədəni irsimizin təbliğinə və s. sahədə çoxsaylı sosial-humanitar-mədəni yeni layihələrin reallaşdırılmasını həyata keçirir.

Xanım Mehriban Əliyeva siyasi fəlsəfəsinin “güc” xəttinin mühüm məqamı Azərbaycan qadınının siyasi-ictimai, mədəni-diplomatik obrazını öz fəaliyyəti ilə təqdimi Müasir Azərbaycan qadınının beynəlxalq müstəvidə LİDERLİK göstəricisidir.

Xanım Mehriban Əliyevanın Azərbaycanın və dünyanın çoxsaylı nüfuzlu adları və mükafatları ilə təltif olunması çoxşaxəli fəaliyyətinə verilən qiymətin mədəni, siyasi fəlsəfəsi, yumşaq “güc”üdür. Bu mükafatlar savad, zəka və qətiyyətlilik, idarəetmədə peşəkarlıq və bilgi, işində iradəli prinsipallıq və humanitarlıq missiyası ilə bahəm yaradıcı ağıl, millətinə, ölkəsinə, dünya insanlığına olan ülvi yanaşma əksinin mədəni-diplomatik “güc” Liderlikdir.



Xanım Mehriban Əliyeva Azərbaycan Prezidentinin, Qalib Ali Baş Komandanın ömür-gün yoldaşı, silahdaşı, üç övladının anasıdır. İctimai-siyasi fəaliyyətlə ailə məsuliyyətinin vəhdətini uzlaşdırmaq da Qadın-Dost-Ana xüsusiyyəti, ictimai-diplomatik-humanistik fəaliyyəti də bu keyfiyyətləri cəmiyyətlə uyğunlaşdırma yoludur.

Birinci vitse-prezident statusu Azərbaycan xalqı tərəfindən məntiqi qərar kimi qəbul olunaraq, ölkə vətəndaşları tərəfindən müsbət dəstək qazandı. Bu onilliklər ərzində formalaşan Lider Qadın, Rəhbər Birinci Xanım və sadəliyin bariz nümunəsi olaraq, xalqının Vətənsevər övladı kimi “Sizin Mehriban” imzasında təsdiq olundu. Ölkə vətəndaşları Birinci Xanımı insanların sırasında, öz yaxınlıqlarında görməyə alışmışlar. Bu insanpərvərlikdən, genetik xarakterdən, ziyalılıqdan və yüksək kübar keyfiyyətdən irəli gələn elit mədəniyyətdir. Bu komponentlər də Xanım Mehriban Əliyevanı xalqının ümid, inam ünvanına və “Sizin MEHRİBAN” imzalı sevimlisi etmişdir.

​Birinci vitse-prezident vurğulayır ki: “ Mən Prezidentin etimadını, ən başlıcası isə, mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”(6).

Xanım Mehriban Əliyeva Dövlət xadimi, ölkənin Qadın Lider Rəhbər təmsilçisi olaraq Liderdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü il noyabrda Azərbaycanda keçirilən COP29 tədbirində Birinci vitse-prezident Mehriban Əliyeva ictimai-siyasi və diplomatik-humanitar mətndə çıxış etdi, məruzəsinin də əsas paradiqmaları “ölkələrə sülh və əmin-amanlıq diləməklə” dünyaya BARIŞ siyasi-fəlsəfi çağırışı idi (6).

Diqqətə yetirək ki, Suveren Azərbaycanda Birinci vitse-prezidentlik Konstitusion, ilk innovativ ictimai-siyasi, diplomatik-mədəni “güc” İnstitutudur.

​Fikrimizi Birinci vitse-prezidentin – Bizim Mehribanımızın sözləri ilə bitirək: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə məhz bu mənəvi dəyərləri uca tutaraq, ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə çıxmaq olar” (4).

Ədəbiyyat siyahısı

1. Azərbaycan Respublikası Konstitusiyası, Bakı, 2020, 62 səh.

2. Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 21.02.2017. president.az/az

3. facebook.com/photo.php?fbid=4251132695006673&8id gündəlik həyatımızda.

4. mehribanaliyeva.preslib.az/media Ajhj5HozCQ.html

5. Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik haqqında. 26 avqust 2019. Report.az/daxili-siyaset/

6. Heydar-aliyev-foundation.orq/az/content/view/59/4445/ Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibəsindən. 26.02.2017.

7. Rəna Mirzəzadə. “Yaşıl mədəniyyət”. Azərbaycan qəzeti, №139 (9883) B., 2024-cü il, 21 noyabr. www.azerbaijan-news.az

Rəna Mirzəzadə

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu

“Siyasətin fəlsəfəsi və sosiologiyası”

şöbəsinin müdiri, professor.