Çin ABŞ-ın nüvə tərksilahı tələbinə cavab verdi…
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun ABŞ-ın Pekinin nüvə tərksilahı üzrə dialoqa qoşulması tələbini “qeyri-real” adlandırıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, Quo Jiakun ABŞ prezidenti Donald Trampın Ağ Evin Çinlə nüvəsizləşmə dialoquna qoşulmaq istəyi ilə bağlı sözlərini şərh edib.
Diplomatın sözlərinə görə, Pekin artıq nüvə silahından istifadə etməmək siyasətinə sadiqdir və öz nüvə potensialını aşağı səviyyədə saxlayır.
…ABŞ və Çinin nüvə potensialı tamamilə fərqli səviyyələrdədir və iki ölkənin strateji təhlükəsizliyinin təmin edilməsinə dair nüvə siyasəti və yanaşmaları da fərqlidir. Çindən Rusiya və ABŞ ilə üçtərəfli nüvə tərksilahı danışıqlarına girməsini tələb etmək ağlabatan deyil və real deyil, – o deyib.
Daha əvvəl Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi bildirib ki, Pekin Ağ Evdən qarşılıqlı fayda prinsipini dəstəkləyəcəyini gözləyir.
Əli Babayev