Dünya

Keçmiş generalın 241 milyon rubl dəyərində daşınmaz əmlakı tapılıb…


…O, aldığı daşınmaz əmlakı həyat yoldaşı və qızlarının adına rəsmiləşdirib. Milli və xarici valyutada külli miqdarda nağd puldan əlavə, o, nəhəng sikkələr kolleksiyası saxlayırmış.

Baş Prokurorluq bildirir ki, Rusiya Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin (GUK) keçmiş rəisi, general-leytenant Yuri Kuznetsovun evlərində, habelə qohumlarının evlərində aparılan axtarışlar nəticəsində nəinki külli miqdarda rubl, dollar və avro nağd pul, hətta heyranedici kolleksiya və numismatik zinət əşyaları da aşkar edilib.

SİA xəbər verir ki, “Vedomosti” nəşrinin məlumatına görə, Kuznetsov aldığı daşınmaz əmlakı həyat yoldaşı və qızlarının adına rəsmiləşdirib.

Beləliklə, ümumilikdə 241 milyon rubl dəyərində daşınmaz əmlaka sahib idi.

Amma sikkələrin və müxtəlif zinət əşyalarının kolleksiyası 500 milyon rubl qiymətləndirilir.

…Kuznetsovun özü 2010-2013-cü illərdə 47,6 milyon rubl, həyat yoldaşı isə sənədlərə görə 41 milyon rubl qazandığını bəyan etməsinə baxmayaraq. Prokurorluq dövlətin xeyrinə müəyyən edilmiş bütün qanunsuz əmlakı müsadirə etməyi planlaşdırır.

…Və bu arada keçmiş general İvan Popov xüsusi hərbi əməliyyata sıravi yox, yalnız komandir kimi getməyə hazır olduğunu bildirib.

Əli Babayev