Siyasət

Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir


Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC-un Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin, eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR-ın BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olduqlarını söyləyib.

Prezident İlham Əliyev, həmçinin deyib ki, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik.