Dünya

Rusiya münaqişənin bu ilin sonunadək dayandırılması şərtini açıqlayıb


Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa əmindir ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanması üzrə işin nəticələri ilk növbədə Kiyevin Ankoricdə bağlanmış razılaşmalara nə dərəcədə qulaq asmasından asılı olacaq.

SİA-nın məlumatına görə, o, Lenta.ru ilə söhbətində münaqişənin 2025-ci ilin sonuna qədər dayandırılması üçün belə bir şərtin adını çəkib.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff bildirmişdi ki, ABŞ bu ilin sonuna qədər Ukrayna üzrə sülh sazişi üçün “inqrediyentlər” tapmaq istəyir.

…Əgər bu razılaşmaların sabotajı dayanarsa, o zaman münaqişənin Yeni ilə qədər bitmə ehtimalı çox yüksəkdir, – deyə deputat paylaşıb.

Bundan əvvəl Vitkoff bildirib ki, ABŞ Ukraynadakı nizamlanma ilə bağlı Rusiya ilə gündəlik dialoq aparır.

…Biz Rusiya ilə hər gün danışırıq, o qeyd edib.

Rəsmi həmçinin bu həftə Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüşəcəyini bildirib.

O, bunu çox ciddi siqnal adlandırıb.

Nazlı Almuradova