Dünya

Paşinyan Ermənistana Aİİ-dən çıxmağa icazə verdi…





İrəvan Avropa Birliyinə doğru kursa gedir…



…Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxa biləcəyini baş nazir Nikol Paşinyan bildirib.

Onun fikrincə, respublikanın Avropaya inteqrasiya istəyi nəzərə alınmaqla belə bir ssenari ola bilər.

…Biz başa düşürük ki, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına eyni vaxtda üzvlük mümkün deyil. Yekun seçim anı gələndə biz müvafiq qərar qəbul edəcəyik.

SİA-nın məlumatına görə, bunu Paşinyan bildirib.

Aprelin 4-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı parlament tərəfindən təsdiq edilmiş qanunu imzalayıb. Paşinyan bildirib ki, bu istək sonradan keçiriləcək referendumun nəticələri ilə təsdiqlənməlidir.

Birliyin özü hələ üzvlük təklif etməyib, lakin iyun ayında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa İttifaqının respublika ilə “bütün sahələrdə” tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. O, hibrid təhdidlər və ölkənin daxili işlərinə müdaxilə cəhdləri qarşısında Ermənistan hökumətinin demokratik islahatlara sadiqliyini yüksək qiymətləndirib. Eyni zamanda İrəvan və Brüssel müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etməyə başlayıb.

Əli Babayev