Rusiyanın tərəfdaşlarına da sanksiya tətbiq edilə bilər
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni məhdudiyyətlər paketini yaxın həftələrdə qəbul edəcək. SİA xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. Məlumatda bildirilir ki, Rusiyaya qarşı 19-cu sanksiyada Brüsselin ukraynalı uşaqları oğurlamaqda ittiham edilən şəxsləri qara siyahıya daxil etməsi planlaşdırılır. Bundan əlavə, Rusiyanın neft, qaz və bank sektorlarına qarşı yeni məhdudiyyətlərin qoyulacağı da gözlənilir. Həmçinin Aİ ilk dəfə olaraq Rusiyanın tərəfdaşlarına qarşı da 19-cu məhdudiyyətlər paketi çərçivəsində ikinci dərəcəli sanksiyalar tətbiq etməyə cəhd etmək niyyətindədir.