Dünya

Sveçnikovun yoxa çıxması ilə bağlı versiyalardan biri rədd edilir…


Rusiyalı üzgüçü Nikolay Sveçnikovun startda başqa idmançı ilə toqquşması versiyasında heç bir sübut yoxdur.

SİA xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə Milli Olimpiya Komitəsinin mətbuat katibi Murat Ağca məlumat verib.

Bundan əvvəl Sveçnikovun İstanbulda Bosfor boğazında qitələrarası üzgüçülük yarışında iştirak edərkən itkin düşdüyü məlum olub.

Hazırda onun axtarışı aparılır.

Türkiyə mətbuatı üzgüçünün üzməyə başlayanda başqa üzgüçü ilə toqquşması ilə bağlı versiya irəli sürüb.

Bunu şərh edən Ağca xatırladıb ki, üzgüçülük iştirakçılarından Həyati Şamiloğlu yarış zamanı Sveçnikovu səhv istiqamətdə üzərkən gördüyünü iddia edib və ona xəbərdarlıq edib, lakin o, yanlış istiqamətdə üzməyə davam edib.

…Belə olan halda, üzgüçülüyün başlanğıcında belə bir toqquşma ehtimalı yoxdur. Əlimizdə üzmənin başlanğıcı ilə bağlı video çəkilişlər var, onun suya girdiyi vaxtı da bilirik – çip sayəsində bu versiyanı təsdiqləyən heç bir sübut yoxdur,

– mətbuat katibi əlavə edib.

Eyni zamanda, onun fikrincə, digər üzgüçülərlə toqquşma ehtimalını tamamilə istisna etmək mümkün deyil, lakin hazırda buna işarə edən heç bir dəlil yoxdur.

Əli Babayev