Dünya

Tramp BMT Baş Assambleyasında çıxış edəcək


ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlayıb. O bildirib ki, prezident BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində sentyabrın 23-də dünya liderləri qarşısında çıxış edəcək. Tramp bu məqsədlə sentyabrın 22-də Nyu-Yorka gedəcək.