Siyasət

Vaşinqton Paraflaması və Qarabağ Müharibəsinin sonu


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin avqust ayında Vaşinqtonda əldə olunan Paraflamaya dair açıqlamaları, ölkəmizin regionda sülh və sabitliyin təmin olunmasında atdığı strateji addımların yeni mərhələsini təşkil edir. Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə Prezident İlham Əliyev vurğulamışdır ki, Paraflama, yalnız iki ölkə arasında diplomatik sənəd olmaqla kifayətlənmir, eyni zamanda Qarabağ müharibəsinin sona çatmasında və regionda dayanıqlı sülhün bərqərar olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev müsahibəsində bildirdi: “Vaşinqton Paraflaması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və regionda sülhün möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu sənəd, Qarabağ müharibəsinin rəsmi sonunu simvollaşdırır və gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.” Bu sənədin imzalanması, Azərbaycan üçün diplomatik qələbə olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin bölgəyə diqqətini artırdı. Əl-Ərəbiyyə telekanalı müsahibəsində Prezident İlham Əliyev bu nöqtəni xüsusi olaraq qeyd etdi: “Beynəlxalq aləmin iştirakı və diqqəti, sülh prosesini sürətləndirən əsas faktorlardan biridir. Vaşinqton Paraflaması bunun ən bariz nümunəsidir.” Paraflamanın həyata keçirilməsi, bölgədə təhlükəsizlik və siyasi sabitliyin təmin olunmasına imkan verir. Prezident İlham Əliyevin müsahibələrində vurğuladığı kimi, Azərbaycan, həm öz ərazilərinin təhlükəsizliyini təmin edir, həm də qonşu ölkələrlə konstruktiv əməkdaşlığı gücləndirir. Bu sənəd, həmçinin humanitar məsələlərin həllində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə mülki əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Beləliklə, Vaşinqton Paraflaması, Azərbaycan diplomatiyasının səmərəli fəaliyyətinin nəticəsi olaraq, bölgədə uzunmüddətli sülh və əməkdaşlıq üçün nümunəvi sənəd kimi qiymətləndirilir.

Şahin Seyidzadə,

Milli Məclisin deputatı