Month: August 2025

Bahar Muradova Qusarda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 1-də Qusar rayonunda vətəndaşları qəbul edib. Bu barədə SİA-ya komitədən məlumat verilib. Bildirilib ki, qəbula gələn Qusar və Quba rayon sakinləri əsasən ailə məsələləri, hüquqi məsləhət, uşaqlarla bağlı…

ADB Azərbaycana layihələrin icrasını təkmilləşdirməkdə kömək edəcək

Asiya İnkişaf Bankı (ADB) “Mərkəzi və Qərbi Asiyada layihələrin hazırlığının artırılması və layihə idarəçiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində yeni regional texniki yardım üçün 1 milyon ABŞ dolları ayırmağı planlaşdırır. SİA ADB-yə istinadən xəbər verir ki, layihə regionun doqquz ölkəsini – Azərbaycan,…

Ukraynanın Bakıdakı səfirliyində Rusiyanın hücumunun qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb

Ukraynanın Azərbaycandakı səfirliyində Rusiyanın cümə axşamına keçən gecə Kiyevə endirdiyi dron və raket zərbəsinin qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb. SİA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb. “31 nəfər həlak olub, 159 nəfər yaralanıb….

İstirahət zonalarında həftəsonu niyə boş yer tapılmır? – EKSPERT AÇIQLADI

İstirahət zonalarında həftəsonu niyə boş yer tapılmır? – EKSPERT AÇIQLADI

Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqlənib

Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət veriləcək. SİA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Torpaq, Mülki, Vergi və Mənzil Məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”…

Azərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. SİA bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya…

“TV1” kanalı 1 yaşını qeyd edir

Bir il əvvəl 2024-cü il avqust ayının 1-də ölkənin teleməkanında yeni bir kanal – “TV1” internet üzərindən yayıma başladı. Audiovizual Şura tərəfindən 2025-cil il yanvar ayının 31-də kanalımıza yayım lisenziyası verildi. Ötən bir il müddətində kanalımız bir sıra ciddi uğurlara…

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göygöl rayonunun Xan Yaylağında keçiriləcək 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Yarmarka 15-17 avqust tarixlərində fəaliyyət göstərəcək. Sərgi-satış yarmarkasında…

Naxçıvan yeni inkişaf dövründə

Dövlət başçısının Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət proqramı”nda dəyişiklik edilib Bu gün dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvandan da yan ötməyib. Naxçıvan bu gün özünün…

BTC ilə ixrac üzvi xloridlər aşkarlandıqdan sonra fasiləsiz davam edir

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac əməliyyatları və Azərbaycan xam neftinin Ceyhan terminalına yüklənməsi bəzi xam neft partiyalarında üzvi xloridlərin izləri aşkar edildikdən sonra hazırda davam etdirilir. SİA -nın xəbərinə görə, “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “AnewZ” telekanalına…