“Rusiya informasiya təxribatına əl atır”
“Son günlər Rusiya tərəfi tərəfindən yenidən əsassız və uydurma bir problemin gündəmə gətirilməsi fonunda Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunmaqdadır. Məlum məsələ ondan ibarətdir ki, Azərbaycana gətirilmiş Abuzovskiyə aid bir heykəl – hansı ki, Rusiya tərəfindən təqdim olunmuşdu – üzərində siyasi…
Qaradağda “Qarabağa qayıdış prosesində informasiyanın rolu” adlı tədbir keçirilib
31 iyul 2025-ci ildə YAP Qaradağ rayon təşkilatının və “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiyanın rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının…
Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb
Azərbaycan və Qırğızıstan arasında elektron icazə blankının tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında rəqəmsal texnologiyalar…
“İqtisadi siyasət hazırlanarkən yalnız makroiqtisadi göstəricilər deyil,…”
“İqtisadi sabitlik pozulduqda insanların gündəlik xərcləmə vərdişləri də dəyişməyə başlayır. İlk növbədə, ailə büdcələrində prioritetlər yenidən qurulur. Əhali mədəni tədbirlər, əyləncə, kitab alışları, kinoya və teatra getmək kimi xərcləri “ikincili” hesab edərək bu sahələrə ayırdığı maliyyəni azaldır və əsas diqqəti…
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Karin Keller-Sutteri ölkənin milli bayramı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik…
Türkiyədə mədən çöküb, fəhlələr dağıntı altında qalıb
Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib. SİA xəbər verir ki, məlumatı “Haber Global” yayıb. Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır. Məlumata görə, Elazığın Alacakaya rayonunda baş verən olay yerinə fövqəladə…
Bakının Məmməd Araz küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq
Sabah saat 08:00-dan avqustun 3-ü saat 22:00-da qədər Bakının Nərimanov rayonunun Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə…
“TASS-ın addımı Rusiya mətbuatının hansı tərəfdə dayandığını göstərən açıq siqnaldır”
“Rusiyanın rəsmi informasiya agentliyi TASS-ın “Stepanakert” ifadəsini silib onun yerinə “Naqornıy Karabax” yazması ilk baxışda neytral bir düzəliş kimi görünsə də, əslində bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı ziddiyyətli və manipulyativ yanaşmanın tərkib hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın…
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. SİA Palataya istinadən xəbər verir ki, iclasda İclasda “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor…
Azərbaycan dilinin qorunması hər kəsin borcudur
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu öndər həmin tarixi sənədi latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin…