“Azərbaycanın regional iqtisadi layihələrdə rolu artacaq”
“Azərbaycan-Suriya əməkdaşlığı, xüsusilə də enerji və yenidənqurma sahəsində irəli sürülən təşəbbüslər, ölkəmizin Yaxın Şərq siyasətində yeni imkanlar və eyni zamanda ciddi strateji çağırışlar doğurur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq fonunda Azərbaycan ilk…
Sabah çimərliklərdə hava necə olacaq?
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, çimərliklərdə şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)…
Yaxın zamanda Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək
Yaxın zamanda Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək və logistik yollar birləşdiriləcək. SİA xəbər verir ki, bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib…
Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilib
Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər. İlk mərhələdə illik 1,2 milyard kubmetr qazın Suriyaya ixracı planlaşdırılır….
“Suriya ilə əməkdaşlıq Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi çəkisini artırır”
“Azərbaycanın enerji siyasətində Suriya istiqamətinə qaz ixracının başlanması strateji baxımdan bir neçə mühüm üstünlük qazandırır. Bu addım, ilk növbədə, Azərbaycanın qaz ixrac coğrafiyasının şaxələndirilməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, indiyə qədər əsas…
Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir
Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. SİA xəbər verir ki, bu sözləri Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir deyib. Söz verildiyi kimi bu layihənin ən qısa vaxtda həyata keçirildiyini xüsusi olaraq…
Türkiyə və Şimali Kipr mediası Azərbaycan qazının Suriyaya nəqlinə başlanması mərasimini geniş işıqlandırıb
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, telekanalları, xəbər portalları və qəzetləri Azərbaycan qazının Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya nəqlinə başlanması mərasimini geniş işıqlandırıb. SİA xəbər verir ki, qardaş ölkələrin əksər media orqanı Azərbaycan və Qətər…
Azərbaycanın Suriyaya nəql edəcəyi qazın potensial həcmi 6 milyon kubmetrdir
Azərbaycan qazını Suriyaya nəql edən boruların günlük potensialı 6 milyon kubmetrdir. Sadəcə, ilkin mərhələdə 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə dair keçirilən…
Türkiyə və Azərbaycanın enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət daşıyır
Avqustun 2-dən Azərbaycan qazının Türkiyənin Kilis vilayəti vasitəsilə nəqlinə başlanılan Suriyanın Hələb vilayətinin sakinləri Ankara və Bakının Suriyanın bərpasına verdiyi töhfəni alqışlayır. SİA xəbər verir ki, bu barədə Türkiyənin “STAR” qəzetinin şənbə günü Hələbdə hazırladığı reportajda deyilir. Nəşr qeyd edir…
Manatın nominal və real effektiv məzənnələri azaldı
Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə…