Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda fəaliyyətini dayandırır
Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyası yekunlaşan Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Koyiçlə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir…
Putin Ukraynada sülhə nail olmaq üçün vaxt çərçivəsi haqqında danışıb
Rusiya Federasiyasının rəhbəri Vladimir Putin Ukrayna dövlətinin tərkibində rus dilinin və pravoslav konfessiyaların mövcudluğu üçün əlverişli mühitin yaradılmasının zəruriliyinə diqqət çəkib. O, jurnalistlərə bildirib ki, humanitar aspektlər, xüsusən də rus dilinin mövqeyi, eləcə də Ukrayna ərazisində pravoslav, xristian kilsəsinin müstəqilliyi…
Gürcüstan mətbuatı AZƏRTAC-ın bəyanatını yayıb
Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın Rusiyanın TASS informasiya agentliyinin “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbəri ilə bağlı xüsusi bəyanatı Gürcüstan mətbuatının diqqətində olub. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanat geoecohub.ge, qafqazturk.com, apsny.ge, aktual.ge və digər informasiya portallarında yerləşdirilib.
Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib…
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı…
Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri özündə ehtiva edir
Türk dilləri ailəsində xüsusi mövqeyə malik Azərbaycan dili 70 illik sovet rejimi dövründəki maneələrə rəğmən öz mövcudluğunu qoruyub saxlayıb. Çünki bütün təhlükələrin, mümkün risklərin qarşısı vaxtında alınırdı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, xalqı xalq, milləti millət edən onun ana…
Starmer və Zelenski Trampın Rusiyaya ultimatumunu tərifləyirlər..?
Böyük Britaniyanın baş naziri Key Starmer və Ukrayna prezidenti Vladimir Zelenski telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampın Rusiyaya ultimatumunu yüksək qiymətləndiriblər. SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisinin nümayəndəsi məlumat verib. …Hər iki…
İranda oğurluğa görə məhkum edilmiş üç nəfərin barmaqları kəsilib
SİA-nın məlumatına görə, Daily Mail yazır ki, İranda bir neçə dəfə oğurluq edən üç məhkumun barmaqları məhkəmə qərarı ilə amputasiya edilib. Mediada yayılan xəbərlərə görə, bu adamlar “peşəkar oğru” sayılırdı və dörd müxtəlif əyalətdə 40-dan çox şəxsi iddiaçıları var idi….
“Əlilliyi olan şəxslərin sosial adaptasiyası” layihəsi çərçivəsində tədbir keçirildi
“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin sosial adaptasiyası” adlı layihə çərçivəsində növbəti ictimai tədbir baş tutub. Tədbiri giriş sözü ilə “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin…
Ukraynanın məqsədi bu il Rusiya ilə müharibəni bitirməkdir
Moskva hələlik sülh danışıqlarını imitasiya edir. Ukrayna Rusiya ilə müharibəni bu il bitirmək istəyir. Lakin Moskva hələlik yalnız sülh danışıqlarını imitasiya edir. SİA-nın məlumatına görə, RBC-Ukrayna xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri…
Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən, ay ərzində 50-dək uşağa xidmət göstərəcək mərkəz…