Bir ayda bu cəhdlərin sayı bu il rekord göstəricidir…
…SİA-nın məlumatına görə, Mediazona Polşa sərhəd xidmətinə istinadən yazır ki, 2025-ci ilin avqustunda Polşa sərhədçiləri miqrantların Belarus-Polşa sərhədi vasitəsilə Avropa İttifaqına qanunsuz daxil olmaq üçün 5200 cəhdini qeydə alıblar.
İddialara görə, ayda bu cəhdlərin sayı bu il rekord göstəricidir.
Miqrantlar Polşaya quru yolu ilə, eləcə də çaylarla – Narev, Svisloç, Pravaya Lesnaya ilə getməyə çalışırlar.
Polşa sərhədçilərinin mətbuat xidmətinin yazdığı kimi, onlar tez-tez özlərini aqressiv aparırlar – hasarın arxasından polşalı patrullara daş və budaqlar atırlar.
Avqustun 25-də sərhəddə polşalı əsgərlərdən biri yaralanıb.
Əli Babayev