Litva Belarusla sərhəddə qurumuş bataqlıqları bərpa etmək istəyir
Litva təhlükəsizliyi yaxşılaşdırmaq üçün Belarusla sərhəddə əvvəllər qurudulmuş bataqlıqları bərpa etmək ideyasını nəzərdən keçirir.
SİA-nın məlumatına görə, bu barədə Bataqlıqların Bərpası və Mühafizəsi Fondunun direktoru Nerijus Zablyackis yerli LRT radiosunda bildirib.
…İlk növbədə, söhbət mövcud, lakin qurudulmuş bataqlıqların bərpasından gedir. Belarusla sərhəd bölgədə vaxtilə bataqlıq kifayət qədər böyük idi.
Zablyackis əlavə edib ki, sərhəd zonasında təxminən 60 min hektar bataqlıq var və onların əksəriyyəti qurudulub. Onun sözlərinə görə, bu ərazinin bərpası on il çəkəcək və 1 hektarın qiyməti 500 avrodan 2 min avroya qədər “və ya daha çox” təşkil edir.
Bundan əlavə, fondun direktoru Latviya və Estoniyanı Litvanı nümunə götürməyə çağırıb.
Əli Babayev