Dünya

Modi Putini müharibəni mümkün qədər tez bitirməyə çağırıb…




Görüş ŞƏT sammitində baş tutub…



Hindistanın baş naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Vladimir Putinlə görüşündə Ukraynadakı müharibəni tez bir zamanda dayandırmağa çağırıb.

…Biz sülhün bərqərar olması üçün son vaxtlar görülən bütün səyləri alqışlayırıq və ümid edirik ki, bütün tərəflər bu məsələyə konstruktiv yanaşacaqlar. Münaqişənin tezliklə dayandırılması və sülhün bərqərar olması yollarını axtarmaq lazımdır.

Bunu Modi deyib.

SİA-nın məlumatına görə, “The Moscow Times”ın yazdığına görə, əlavə edib ki, o, müntəzəm olaraq Putinlə sülh yolu ilə nizamlanmaya dair fikir mübadiləsi aparır.

Modi ilə Putin arasında görüş bir saatdan az davam edib. Lakin “Ritz-Carlton” mehmanxanasında rəsmi danışıqlar başlamazdan əvvəl iki dövlət başçıları Rusiya prezidentinin “Aurus”unda 50 dəqiqəyə yaxın təkbətək söhbət ediblər.

Görüşdən sonra Modi bunun “əla” keçdiyini qeyd edib.

…Biz regional və qlobal proseslər, o cümlədən Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı fikir mübadiləsi apardıq. Bizim xüsusi və imtiyazlı strateji tərəfdaşlığımız regional və qlobal sabitliyin ən mühüm sütunu olaraq qalır.

Bunu Hindistanın baş naziri X sosial şəbəkəsində yazıb.

Əli Babayev