Münhendəki Oktoberfestdə suyun qiyməti pivədən baha olacaq…
…Münhendə (Almaniya) Oktoberfestdə bu il bir stəkan pivədən daha çox suya pul ödəyə bilərsiniz.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BILD yazır.
Bir litr pivə çadırdan asılı olaraq 14,50-15,80 avro arasında olacaq.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə qiymətlər 10,80-11,80 avro səviyyəsində olub ki, bu da altı il ərzində demək olar ki, 40 faiz artım deməkdir.
Bir litr su bəzi nöqtələrdə 15 avrodan baha olacaq.
Bir şüşə mineral suyun orta qiyməti 10,95 avro təşkil edir. Bu il bayram yeməklərinin qiymətləri də xeyli artıb.
Paulaner çadırında toyuqun yarısı 2019-cu ildəki 12,40 avro ilə müqayisədə indi 24,50 avroya başa gəlir.
Mini şnitzel kimi uşaq porsiyaları ziyarətçilərə 16-20 avroya başa gələcək.
Bu il ən bahalı yemək Bräurosl çadırında təqdim olunacaq biftek olacaq.
Yeməyin əsas versiyasının qiyməti 179 avro, qara truffle və bearneise sousu olan lüks versiyası isə 229 avroya başa gələcək – pivə festivalı üçün rekord…
Bu il Oktoberfest sentyabrın 20-dən oktyabrın 5-dək keçiriləcək.
Nazlı Almuradova