Dünya

Prokurorlar məktəbli qızların başlarını örtməsinə nəzarət tətbiq edib…


…Və Nijnevartovsk və Xantı-Mansiysk Muxtar Dairəsinin digər şəhərlərində prokurorluq direktorları cəzalandırmaqla hədələyərək başlarını örtən məktəbli qızların təhsil müəssisələrində monitorinqlərə başlayıb.

SİA-nın məlumatına görə, valideynlərə göndərilən rəsmi bildirişlərə əsasən, yeni 2025-2026-cı tədris ilində məktəblərdə “dini atributlar”a qoyulan qadağaya əməl olunması ilə bağlı mütəmadi yoxlamaların aparılması nəzərdə tutulub.

Valideynlərə paylanmış mesajda deyilir ki,.. “2025-ci ilin sentyabrından başlayaraq yeni 2025-2026-cı tədris ilində Nijnevartovsk şəhər prokurorluğu dini geyimdə və/və ya onun atributlarında, o cümlədən hicab/niqabda olan şagirdlər üçün təhsil müəssisələrində yoxlamalar aparmağı planlaşdırır”.

Eyni zamanda, pozuntulara görə cəza tələbələrə deyil, təhsil müəssisələrinin rəhbərliyinə verilir.

Nijnevartovsk meriyası bu məlumatı təsdiqləyərək qeyd edib: “Federal qanun pozuntuları aşkar edildikdə, təhsil təşkilatının rəhbəri inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Yerli media xəbər verir ki, oxşar əmrlər Nefteyuqanskdakı təhsil müəssisələrinə verilib.

Yada salmaq yerinə düşər ki, təvazökarlıq və təqva rəmzi kimi baş örtüyü taxmaq təkcə müsəlman qadınların deyil, həm də əsrlər boyu Rusiyanın mədəni kodunun əsasını təşkil edən pravoslav qadınların dərin ənənəsidir.

Əli Babayev