Year: 2025

Serial çəkmək, yoxsa serialdan pul çəkmək?

Aktyor, ssenarist Tərlan Nur Yaşarın SİA-ya müsahibəsini təqdim edirik: – Azərbaycanda serial çəkilişləri hansı səviyyədədir? Çəkilişləri həyata keçirmək üçün münasib şərait var? Dünya ilə müqayisədə inkişafdayıq? – Dünya səviyyəsində tanınmaq və rəqabət aparmaq istəyiriksə, ilk növbədə dünya bazarına çıxışımız olmalıdır….

“Bu “like” ehtiyacı haradan qaynaqlanır?”

“Sosial mediada “bəyənilmək” sadəcə xoş hiss deyil, psixoloji ehtiyacdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, müasir dövrdə insanlar sosial mediada paylaşdıqları şəkil və statusların bəyənilməsinə xüsusi həssaslıqla yanaşırlar: “Bəs bu “like” ehtiyacı haradan qaynaqlanır?…

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,85 ABŞ dolları, yaxud 2,38 % azalaraq 75,79 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 73,63…

Əmtəə bazarlarında qızıl ucuzlaşır, gümüş isə bahalaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,11% azalaraq 3 413,6 ABŞ dollarına bərabər olub. COMEX-də…

Biruşaqlı ailə modeli son vaxtlar ölkəmizdə niyə geniş yayılıb?

“Son 40 il ərzində dünyanın müxtəlif bölgələrində istər xristian, istər müsəlman, istərsə də digər dinlərə mənsub ölkələrdə — ailələr çoxuşaqlı olurdu. Xüsusilə sosialist idarəetmə sisteminə malik bir neçə böyük ölkədə vətəndaşların sosial vəziyyəti çox fərqlənmirdi. Gəlirlər və yaşam səviyyəsi əsasən…

NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, iyulda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,53% artaraq 3,762 ABŞ dolları təşkil…

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.75% – 42,515.09 bəndədək, S&P 500 indeksi 0.94% – 6,033.11 bəndədək, Nasdaq indeksi isə 1.52% – 19,701.21 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 16-da FTSE 100 indeksi 0.28% –…

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Azərbaycana gəlib

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 17-də Azərbaycana rəsmi səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr…

Səbail rayonunun qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz…

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər); 2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;…