İsrailin Tehrana zərbələri nəticəsində 73 uşaq və qadın ölüb
İsrailin Tehrana hücumları nəticəsində 73 qadın və uşaq ölüb. SİA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial şəbəkədə yazıb. “Tehranda son üç həmlədə 73 qadın və uşaq öldürülüb; Çəmran yaşayış kompleksində 20 uşaq öldürülüb, 10…
Türkiyədə avtomobil aşıb, üç nəfər ölüb
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Hadisə Qazinatep vilayətində qeydə alınıb. Uçurumdan aşan avtomobildə 3 nəfər ölüb, bir uşaq isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Leysan, şimşək, güclü külək…
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək…
İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə zərbə endirdiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. “İsrail Müdafiə Qüvvələri İran rejiminin silah istehsal imkanlarını pozmaq üçün geniş hücum dalğasını tamamlayıb. Bu gün Tehrandakı Qüds Qüvvələri, İnqilab…
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 224 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi bildirib. “1277 nəfər xəsarət alıb. Onların 90%-dən çoxu mülki şəxslərdir”, – deyə Səhiyyə Nazirliyi bildirib.
İranın nüvə obyektində zəlzələ baş verdi
İranın Fordo nüvə obyekti yaxınlığında 2,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Fordo İranın uranın zənginləşdirilməsi üzrə ikinci ən böyük zavodudur. Obyektin çox hissəsi yerin altındadır….
İran İsrailin kəşfiyyat mərkəzlərini vurdu
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Doğru vəd – 3” əməliyyatının 3-cü mərhələsi çərçivəsində İsrailin kəşfiyyat mərkəzlərinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında deyilir.
Kiyevdə ardıcıl partlayışlar baş verdi
Kiyevdə bir neçə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə “Ukrinform” saytı məlumat yayıb. Bildirilir ki, Kiyev, Kirovoqrad, Poltava, Sum, Çerkassı və Çerniqov vilayətlərində həyəcan siqnalı çalınıb. İtkilər barədə məlumat verilmir.
İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib
Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub.. SİA xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb. Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb. Əraziyə çox sayda yanğınsöndürən, təcili…