Energetika nazirinin Ucardakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Energetika naziri Pərviz Şahbazovun martın 14-də Ucarda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. SİA nazirliyə istinadən xəbər verir ki, qəbul aprelin 11-də saat 11:00-dan başlayaraq Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6100, Ucar şəhəri, Heydər Əliyev pr.73) keçiriləcək. Nazir Ucar, Zərdab, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) və Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.