Siyasət

Azərbaycanla tərəfdaşıq və bunu inkişaf etdirmək niyyətindəyik


Azərbaycan və Şimali Makedoniya tərəfdaşlıq qurublar və onu daha da inkişaf etdirməyi hədəfləyirlər. SİA xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılışında bildirib.

Şimali Makedoniya Prezidenti qonaqpərvərliyə görə Azərbaycana, forumda iştirak etmək üçün dəvətə görə isə Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib.