Sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsi hökumətin əsas vəzifələrindəndir
Bundan sonra da hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir. SİA xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilib:
“Həmçinin hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılıb. Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 mln. manat vəsait ayrılıb.
Bununla yanaşı, qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılıb. Bu istiqamətdə bu ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub”.