Dünya

NATO-nun baş katibi Ukraynanın alyansa üzvlüyü ilə bağlı açıqlama verib


Ukraynanın alyansa qoşulması məsələsi artıq gündəmdə deyil.

SİA-nın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte təsdiqləyib.

O, bu barədə Bloomberg telekanalında bildirib.

…Bəli, o, ABŞ prezidenti Donald Tramp həqiqətənmi Ukraynanın NATO-ya daxil olması məsələsini danışıqlar masasından çıxarır?, – sualına cavab verib

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını istisna etmiş, eyni zamanda münaqişənin həlli üçün sülh razılaşmasına nail ola biləcəyinə əminliyini bildirmişdi.

Öz növbəsində, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Vladimir Zelenski “Ukraynanın NATO-ya üzvlüyünü gündəmdən çıxarmayacağını” bildirib.

Onun sözlərinə görə, əgər Kiyev alyansa üzv olmasa, “bizə Ukraynada başqa bir NATO qurmağa imkan verəcək şərtlər lazımdır”.

Əli Babayev