“Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar”
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda bir günlük təlim keçirilib. Təlimdə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisyasının üzvləri aktiv iştirak etmişlər. Maraqlı müzakirələr və diskussiya şəraitində keçən təlimdə DİN-in İAQMBİ şöbə müdiri Araz Babayev, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin təlimçisi Günel Ələkbarova İnsan Alveri fenomeni, İnsan alverinin forma və vasitələri, Uşaq alverinin qarşısının alınmasında Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri, Uşaq istismarının növləri, İşəgötürən nəyi bilməlidir?, Uşaqlara qarşı kiber təqib və zorakılıq, Uşaq istismarının psixoloji təsirləri, İdentifikasiyanın əhəmiyyəti, Ümumi indikatorlar, İlkin tanınma indikatorları və digər mövzular ətrafında fikir və rəylərini bildirmiş, iştirakçıların suallarını cavablandırmışlar.
Təlim inteaktiv keçməklə yanaşı, qrup işlər, beyin hücumları və digər alətlərdən istifadə edilərək aparılmışdır.
Məlumat üçün qeyd etmək lazımdır ki, Koalsiya üzvlərinin gələcəkdə təqdim edilən mövzu üzrə təlimləri aparması məqsədi ilə, üzvlər üçün Mehriban Zeynalova və Günel Ələkbərova tərəfindən təlim modulu hazırlanmışdır.