Nijnevartovskdan Bakıya birbaşa reyslər BAŞLAYACAQ
Rusiyanın “İrAero” aviaşirkəti aprelin 18-dən etibarən Nijnevartovsk-Bakı-Nijnevartovsk birbaşa reyslərinə başlayacaq. Bu barədə SİA aviadaşıyıcının məlumatına istinadən xəbər verir.
Bildirilib ki, uçuşlar həftədə bir dəfə cümə günləri “SSJ-100” təyyarələri ilə oktyabrın 19-dək həyata keçiriləcək.
Məlumata görə, təyyarə Nijnevartovskdan saat 19:20-də uçuşa başlayacaq, Bakıya gəliş yerli vaxtla saat 22:30-da olacaq.