Yatsenyuk Ukrayna silahlı qüvvələrinə qoşulmağa hazırdır
Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyuk ora dəvət ediləcəyi təqdirdə, Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağa hazır olduğunu bildirib.
SİA-nın məlumatına görə, bu barədə Strana.ua xəbər verir.
Ölkənin keçmiş baş naziri hərbi xidmətə tabe olduğunu bildirib. Yatsenyuk əlavə edib ki, hərbi münaqişənin ilk günündən o, Ukrayna silahlı qüvvələrinə qoşulmağa hazırdır, kaş ki, ona hərbi xidmətə get desəydilər.
Bundan əvvəl Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko atəşkəs dövründə səfərbərliyin dayandırılması ideyasını rədd etmişdi. Onun sözlərinə görə, hazırda bu atəşkəsdən daha çox kimin faydalandığı bəlli deyil.
Əli Babayev