“Brent” neftinin qiyməti 71 dolları ötüb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,75% artaraq 1 barelə görə 71,11 ABŞ dolları təşkil edib. SİA– nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,75% artaraq 1 barelə görə 67,41 ABŞ dollarına bərabər olub.