İqtisadiyyat

Azərbaycan təbii qaz ixracını 6 %-ə yaxın artırıb


2025-ci ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 187 milyon 047,24 min kubmetr həcmində təbii qaz ixrac edib. Bu barədə SİA Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 550 milyon 401,43 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 5,9%, dəyəri isə 6,2 % çoxdur.

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 32,53 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.